“Qafqazda maraqları təmin etmək üçün ən yaxşı rıçaq Ermənistanla Azərbaycan arasındakı konfliktdir”.
Bu sözləri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında yaranan problemləri Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
O, bildirib ki, konfliktin davam etməsində maraqlı olan mərkəzlər daha güclüdür:
“Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsinin bağlanması ilə bağlı pozitiv bəyanatlar, xüsusilə Qərb tərəfindən gəlir. Baydenin sonuncu məktubu da buna misal ola bilər. Ümid edirsən ki, ABŞ-nin bu regionda maraqları bu problemin həll olmasından keçir”.
Müstəqil siyasətçi əlavə edib ki, hazırda regionda sürətli proseslər gedir:
“Qafqazda maraqları təmin etmək üçün ən yaxşı rıçaq Ermənistanla Azərbaycan arasındakı konfliktdir. İki ölkə arasında sülh müqaviləsinin imzalanması bölgədə dinclik istəyən qüvvələrin maraqlarına uyğundur. Maraqları təmin olunmayan mərkəzlər üçün isə konfliktin davam etməsi bir vasitədir. Görünür ki, konfliktin qalmasında maraqlı olan dövlətlər pozitiv çağırış edən ölkələrdən daha güclüdür”.
Səxavət Məmməd
www.yenicag.az