!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh prosesində Vaşinqton-Moskva QARŞIDURMASI: “Təxribatlara hazır olmalıyıq” - PROQNOZ

!Reklam – Yazi

“Rusiyanın təxribat törətmək üçün bir neçə imkanı var. Hər zaman hər şeyə hazır olmalıyıq”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Vaşinqton formatında imzalanmasına etiraz edən Rusiyanın atacağı addımlardan danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya nəinki Ermənistan-Azərbaycan arasında, ümumiyyətlə, Cənubi Qafqazda və onun təsir dairəsində olan bölgələrdə sülh olmasını istəmir:

“Çünki sülhün bərqərar olması Rusiyanın həmin bölgədən çəkilməsi deməkdir. Maraqlı sual meydana çıxır: Bəs Ermənistanla Azərbaycan arasında Vaşinqton formatında sülhün təmin olunmasını istəməyən Rusiya hansı maneələri yaradacaq?
Bir neçə gün öncə Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla Azərbaycan sülh razılığına gəlsə belə, müqavilənin imzalanmayacağı haqda mesaj ötürdü. Çünki müxtəlif bəhanə tipli proqnozlar söyləyirlər. Rusiyanın təxribat törətmək üçün bir neçə imkanı var. Hər zaman hər şeyə hazır olmalıyıq.

Rusiya Qarabağda varlığını davam etdirən separatçı rejimin qanunsuz hərbi birləşmələrinin əli ilə təxribat törədə bilər. Əlavə olaraq isə Ermənistan ordusu daxilində Rusiyaya sadiq qüvvələrin olduğu reallığını da unutmamalıyıq. Son olaraq isə Ermənistan hakimiyyəti daxilində Rusiyaya sadiq qüvvələrin olduğunu da yaddan çıxarmamalıyıq. Sadalanan amillərdən istifasdə edərək Rusiya təxribatlar törədə, sülh müqaviləsinin imzalanmasına maneə yarada bilər.

Ermənistan baş naziri Nikol Paşinyan və komandası Ermənistan tərəfdən yaşana biləcək hər hansı fəaliyyətin məsuliyyətini öz üzərinə götürməlidir. Azərbaycan xarici qüvvələr tərəfindən separatçı rejimə silah-sursat dəstəyinin qarşısını almaq üçün lazımi tədbirləri görüb. Sadəcə olaraq, təxribat törətmək üçün separatçı rejim daxilindəki silah-sursat postlara daşınır. Bu da təbii ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə həyata keçirilir.
Paşinyan administrasiyası qətiyyətli mövqe sərgiləyə bilsə, nəticə əldə etmək olar. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti gözləntilərimizi doğrultmur. Rusiya və İran təzyiqlərindən çəkinən Paşinyan administrasiyasının hələ ki, sülh müqaviləsini imzalayacağı real görünmür. Proseslər hələ uzanacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv