“Sülh sazişinin imzalanması üçün zəruri addımların atılması vacibdir” – Nazir

media-hightechnic-468x90

“Bu prosesin tam şəkildə başa çatması və sülh sazişinin imzalanması üçün bir sıra zəruri addımların atılması vacibdir. Bu, Azərbaycanın uzunmüddətli və ardıcıl mövqeyidir və Ermənistan tərəfi də bunun yaxşı fərqindədir”. 

Yenicag.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, bu, ilk növbədə artıq köhnəlmiş və funksionallığını itirmiş Minsk Qrupunun ləğv edilməsini və eyni zamanda Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsini, Azərbaycan ərazisinə olan ərazi iddialarının aradan qaldırılmasını nəzərdə tutur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa