!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlılar üçün YOLUN SONU: Sərhəd-buraxılış məntəqəsi nədən xəbər verir? - ŞƏRH

!Reklam – Yazi

“Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti azaldıqca bölgədəki rolu da azalır”.

Bunu general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olunması barədə fikirlərini bölüşən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, Rusiyanın sülhməramlılarla bağlı siyasətində böyük dəyişiklik baş verəcəyini ehtimal etdiyini bildirib:

“Volkovun adı Qarabağda özünü doğrultmadı. Ekofəalların başladılan aksiyalarında ondan tələb olunanlar yerinə yetirilmədi. Erməni icması da bu gün Rusiya kontingentinin işindən razı deyil. Bundan əvvəl də dəyişiklik olub, Volkovdan öncə rus kontingentinin komandiri bir başqası idi.
Son baş verən hadisələr, yəni Laçın-Şuşa yolunun ictimai fəallar tərəfindən nəzərətə götürülməsi və Ermənistan-Azərbaycan sərhədində buraxılış məntəqəsinin qurulması Rusiya sülhməramlılarının işinə təsirsiz ötüşməyəcək. O mənada ki, ermənilərin bu hadisədən sonra ruslardan gözləntiləri artıb. Artıq ermənilərin Qarabağda qalmaq və qalmamaq məsələsi gündəmdədir. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti azaldıqca bölgədəki rolu da azalır. Çünki əgər Qarabağda erməni icması ilə azərbaycanlı rəsmilərin əvvəlki görüşündə Rusiya sülhməramlıları iştirak edirdisə, növbəti görüşü rəsmi Bakı paytaxta təyin etmişdi. Bu baxımdan, yeni komandirin işi daha da mürəkkəbləşir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv