Şumaxerin təyyarəsi satışa çıxarıldı – Foto
Əfsanəvi “Formula-1” pilotu Mixail Şumaxerin həyat yoldaşı Korinna idmançıya məxsus “Falkon 2000EX” təyyarəsini satışa çıxarır.
Təyyarə 8 sərnişin üçün nəzərdə tutulan təyyarənin sürəti saatda 920 kilometrə çatır.
Onun ilkin qiyməti 25 milyon avro olsa da, Şumaxerin ailəsi 20 milyon avroya satmağa da razıdır.
Qeyd edək ki, ötən ilin dekabrında Mixael Şumaxer dağ kurortlarının birində xizəklə sürüşərkən başından ağır travma almışdı. İdmançı təxminən 6 aya yaxın komada qaldı. Hazırda Şumaxer xəstəxanadan buraxılıb və öz evində reabilitasiyasını davam etdirir.