“Sumqayıt”ın klubdan ayrılan futbolçusundan AÇIQLAMA

media-hightechnic-468x90

Azərbaycanlı futbolçu Rövlan Muradov “Sumqayıt”la yollarını ayırması ilə bağlı fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, 27 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bu komandada keçirdiyi iki mövsümün karyerasında yaddaqalan olduğunu bildirib:

“Sumqayıt ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Sumqayıt” Rövlan Muradovla yanaşı Miloş Miloviç, Momo Yansane ilə də vidalaşdığını açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600