!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda ağır QƏZA: 7 nəfər xəsarət alıb

!Reklam – Yazi
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Artıq xəsarət alanların şəxsiyyətləri məlum olub. Qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı  və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və  2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

681
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv