Sumqayıtda “penoplast” üzlüklər sökülür
Ötən gün Bakının Binəqədi rayonunda baş verən faciəli yanğından sonra paytaxtın bəzi yerlərində binaların “penoplast” üzlüklərinin sökülməsinə başlanılıb.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Sumqayıtda da bu gün səhər saatlarından başlayaraq binaların “penoplast” üzlükləri sökülür.
Bu barədə Sumqayıt sakinləri məlumat verib. Bildirilib ki, söküntü şəhərin mərkəzi hissəsində aparılır.
Qeyd edək ki, ötən gün Azadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən yanğın zamanı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
azvision.az