Sumqayıtda restoranda yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 kvadratmetr və 20 kvadratmetr olan taxta konstruksiyalardan ibarət 2 ədəd kottec yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 kvadratmetr olan kottecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 kvadratmetr olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kottec və tikilinin qalan hissəsi, ərazidə olan digər kotteclər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
10:32
Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 m² və 20 m² olan taxta konstruksiyalardan ibarət 2 ədəd kotec yanıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 m² olan kotecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 m² olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kotec və tikilinin qalan hissəsi, ərazidə olan digər koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.yenicag.az