Sumqayıtda şirkətin baş energetiki iş yerində öldü

media-hightechnic-468x90

Sumqayıtda şirkətdə bədbəxt hadisə baş verib.

Baş prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, martın 6-da saat 16 radələrində “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanovun iş yerində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Elxan Misirxanovun cəmiyyətə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600