Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda universitet binası uçdu - FOTO

Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.

Yenicag.az xəbər verir ki, bu barədə Xeberle.com-a məlumata verən SDU-nun mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, hadisə 15:30 radələrində baş verib:

“Əslində kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan (козырёк) çöküb, yararsız vəziyyətə düşüb. Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, müvafiq strukturlara məlumat verilib.Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edirlər. Aidiyyəti qurumlara müraciət edilib və məsələ tezliklə həll ediləcək”.

Loading...

www.yenicag.az

1392
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100