Sumqayıtda velosiped oğrusu həbs olundu

media-hightechnic-468x90

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ceyhun Fyodorovun bir neçə digər oğurluq cinayətlərini törətməsi də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan C.Fyodorovla bağlı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600