Süni qiymət artımının səbəbləri - AÇIQLAMA

media-hightechnic-468x90

“Son vaxtlar qiymətlərin süni artımının şahidi oluruq”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, bunu iki amillə əlaqələndirirlər: “Birincisi tələb-təklif, ikincisi dünyada qiymətlərin artımı ilə. Amma tələb-təklif məsələsi doğru deyil. Çünki Azərbaycanda əhalinin gəlirləri aşağı düşür. İkinci məsələ ilə bağlı isə dünyada qiymət artımı 2%-dir, Azərbaycanda isə 4%. Bunu inzibati yollarla həll etmək mümkün deyil. 1%-lik qiymət artımı Azərbaycan ailələrinə ayda 34 milyon manat, ildə isə milyardlarla zərbə vurur. Bununla bağlı aidiyyəti orqanları ciddi tədbirlər görməyə çağırıram”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600