!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırlaşırıq” – Zelenski

!Reklam – Yazi

Ukrayna Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra vəziyyətin sabitləşməsinə kömək edəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Suriya məsələsi ilə bağlı görüş keçirdiyini də açıqlayıb: “Ukrayna Suriyada sabitliyə yönəlmiş bütün səylərə kömək edəcək. Suriya administrasiyası və dəstəkləməyə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq”.

Ukrayna lideri əlavə edib ki, ölkə Suriyaya dəstəyin mümkün qədər güclü olmasını təmin etmək üçün Avropa ölkələri və ABŞ ilə əlaqələri davam etdirəcək.

Daha sonra o, çıxışında qeyd edib ki, Suriya bu il Ukraynanın tərəfdaşı ola bilər: “Biz Suriya ilə diplomatik əlaqələri və beynəlxalq təşkilatlarda əməkdaşlığı bərpa etməyə hazırlaşırıq. Bu kommunikasiyaların təhlükəsizliyi üçün zəmin yaratdıqlarına görə kəşfiyyatımıza təşəkkür etmək istəyirəm”.

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv