Suriya məsələsində üçüncü zirvə - Türkiyə, Rusiya, İran müzakirələri

media-hightechnic-468x90

Türkiyə, Rusiya və İran liderləri üçüncü dəfə Suriya problemini müzakirə etmək üçün toplanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib. Cümə günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların ardından jurnalistlərə açıqlama verən Lavrov Astana danışıqlarında iştirak edən üç ölkənin – Rusiya, İran, Türkiyənin növbəti zirvə toplantısının hansı tarixdə keçiriləcəyini açıqlamasa da, görüş vaxtının yaxın zamanda elan ediləcəyini bildirib.

“Toplantının gündəliyinə gəldikdə, burada tək bir məsələnin müzakirəsindən söhbət gedə bilməz. Mütləq bir sıra vacib məsələlər müzakirə ediləcək”,- deyə rusiyalı diplomat əlavə edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriya mövzusunda Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçüncü toplantının sentyabrın ilk həftəsində, İranın paytaxtı Tehranda keçirilməsinin planlaşdırıldığını söyləmişdi.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600