Suriya prezidentinin Rusiya səfəri: Kreml Bəşər Əsədi qurban verəcəkmi?

media-hightechnic-468x90

“Suriya Prezidenti Əhməd Əl Şaraanın rəsmi səfərlə Rusiyaya getməsi, regionda baş verən hərbi-siyasi proseslər, həmçinin keçmiş dövlət başçısı Bəşər Əsədin hazırda Moskvada olması fonunda diqqət mərkəzinə çevrilib”.

media-eks

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Yalçın Hacızadə bildirib.

O deyib ki, səfərin çoxtərəfli məqsədləri var:

“Regionda və Suriyada yeni siyasi reallıq yaranıb. Buna görə də tərəflər öz maraqlarını yaranmış reallığa uyğunlaşdırmalı və bu təməllər üzərində münasibətlərini davam etdirməlidirlər. Həmçinin Əhməd Əl Şaraa Suriyada müharibədən sonrakı mərhələdə formalaşan “yeni legitim lider” obrazını möhkəmləndirməyə çalışır. Onun Moskvaya səfəri həm beynəlxalq tanınma, həm də iqtisadi dəstək axtarışı kimi dəyərləndirilir. Rəsmi Kreml isə Suriyadakı hərbi mövcudluğunu (“Tartus” və “Hmeymim” bazaları) qorumağa çalışır. Əhməd Əl Şaraa ilə əməkdaşlıq bu maraqları təmin etmək üçün vacib addımdır. İran, Türkiyə və İsrail arasında artan gərginlik fonunda, Rusiya Suriyada “sabitlik” amili kimi qalmaq istəyir. Bu baxımdan səfər həm də regiondakı diplomatik balansın yenilənməsi mənasına gəlir”.

Ekspert görüşdən gözləntiləri də açıqlayıb:

“Ölkələr arasında iqtisadi və hərbi əməkdaşlıq, enerji layihələri, liman infrastrukturu və bərpa proqramları üzrə razılaşmalar əldə oluna bilər. Rusiya tərəfi Suriyada daxili sabitliyin möhkəmləndirilməsini və Əl Şaraa hökumətinə beynəlxalq arenada legitimlik qazandırmağa yardımçı olmağı hədəfləyir. Maraqlı məqam isə keçmiş Prezident Bəşər Əsədin də hazırda Rusiyada olmasıdır. Əsas sual budur: Kreml Əsədi Suriyaya təhvil verəcəkmi? Düşünürəm ki, xeyr. Əsəd Rusiya üçün keçmiş, amma faydalı simvoldur. O, Moskvanın Suriyadakı hərbi mövcudluğunu legitimləşdirən tarixi fiqur hesab olunur”.

Y.Hacızadə əlavə edib ki, Rusiya Əsədi beynəlxalq təzyiqlər altında qurban verməyəcək:

“Belə bir addım Moskvanın gələcək müttəfiqlərinə mənfi siqnal olardı. Əhməd Əl Şaraanın Rusiyaya səfəri Suriyada post-Əsəd mərhələsinin beynəlxalq təsdiqi kimi qiymətləndirilə bilər. Bu səfər həm Rusiya–Suriya münasibətlərində yeni strateji səhifə, həm də regionda qüvvələr balansının yenidən tənzimlənməsi deməkdir. Əsədin təhvil verilməsi və ya siyasi təcridi isə hazırda real gündəlik məsələ deyil — o, daha çox “keçmişin simvolu” kimi qorunur və Moskva üçün hələ də faydalı diplomatik alət sayılır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa