Suriya Prezidentinin saatı GÜNDƏM OLDU – FOTO

media-hightechnic-468x90

Suriyanın yeni prezidenti Əhməd əş-Şaraanın Türkiyə səfəri zamanı taxdığı saat sosial mediada geniş müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, prezidentin saatının dəyəri təxminən 300 min ABŞ dolları (təqribən 510 min Azərbaycan manatı) civarındadır.

Sözügedən məbləğ ictimaiyyətdə geniş rezonans doğurub və onun lüks həyat tərzi ilə bağlı suallar yaradıb.

Xatırladaq ki, Əhməd Hüseyn əş-Şaraa Əbu Məhəmməd əl-Qolani adı ilə də tanınır. O, 29 oktyabr 1982-ci ildə Ər-Riyadda anadan olub və 2003-cü ildə İraqda Amerika qüvvələrinə qarşı döyüşmək üçün bu ölkəyə gedib. 2017-ci ildən Suriyada vətəndaş müharibəsində fəal iştirak edib və “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının əmiri olub. Əş-Şaraa Bəşər Əsədin devrilməsindən sonra 29 yanvar 2025-ci ildən Suriya prezidenti vəzifəsini icra etməyə başlayıb.

Onun bahalı saatı ilə bağlı yayılan görüntülər Suriyanın iqtisadi vəziyyəti və yeni prezidentin yaşam tərzi haqqında müzakirələri daha da alovlandırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600