Suriyada məktəbli avtobusu atəşə tutuldu: 2 uşaq öldü

media-hightechnic-468x90

Suriyanın Hələb şəhərinin Əz-Zəhra rayonunda məktəbli avtobusunun yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində iki uşaq həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinqdə Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin deyib.

“Martın 19-u yerli vaxtla saat 16:50-də Hələb şəhərinin şimal-qərbində yerləşən Əz-Zəhra rayonunda uşaqları daşıyan avtobus terror qruplaşmalarının nəzarəti altında olan Leramun rayonu tərəfdən atəşə tutulub. Nəticədə 12 yaşlı oğlan uşağı həlak olub, 8 yaşlı qız və müəllimə ağır yaralanıb. Sonradan qız xəstəxanada keçinib”, – deyə Kupçişin bildirib./Report/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa