!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması orada müharibənin bitəcəyi anlamına gəlmir” – ŞƏRH

!Reklam – Yazi

“Məlum ölkələrin Suriyada hərbi mövcudluğu davam etdikcə, savaş da başa çatmayacaq”.

Bu fikirləri Ərəb Dövlətləri Liqası (ƏDL) ölkələrinin xarici işlər nazirlərinin ötən gün Qahirədə keçirilən toplantısında Suriyanın sözügedən quruma üzvlüyünün bərpa edilməsinin bu ölkələdəki vətəndaş müharibəsinə mümkün təsirini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu qərarın Suriyada sülhü bərqərar edəcəyi haqda danışmaq hələ çox tezdir:

“Təbii, Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünün bərpası müsbət addımdır. Bu o deməkdir ki, digər ərəb dövlətləri Suriyanın təcrid olunmasının vəziyyəti daha da pisləşdirdiyi reallığını qəbul ediblər.

Amma Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması orada müharibənin bitəcəyi anlamına gəlmir. Bunun da əsas səbəbi budur ki, Suriyada bir neçə ölkənin hərbi iştirakı var və onların maraqları kəskin şəkildə toqquşur.

Ona görə də Suriyada müharibənin başa çatmasına zəmin yarandığını söyləmək imkan xaricindədir. Əgər həmin ölkələr öz qoşunlarını Suriyadan çıxarsalar, bəlkə o zaman müharibənin dayandırılması və sabitliyin tam bərpası üçün şərait yaranar.

İndiki halda Səudiyyə Ərəbistanı da öz qüvvələrini Suriyadan çıxarmağa meyillidir. Fikrimcə, Səudiyyə Ərəbistanı Yəməndən də çıxmaq haqqında fikirləşəcək. Ancaq Suriyada normallaşma prosesinin başlamasının əsas şərti xarici qoşunların oradan çıxarılmasıdır”.

A.Zeynalov

COP29

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv