Sürücü 60 yaşlı piyadanı vurub öldürdü – VİDEO

unnamedSabunçu rayonu Maştağa qəsəbəsində yol qəzası baş verib.

ARB TV xəbər verir ki, qəsəbə ərazisində “VAZ 21015” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyada 60 yaşlı Vaqif Məmmədovu vurub.

Ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Hadisə yerində polis əməkdaşları olublar. Sürücü saxlanılıb. VAZ 21015 markalı avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanıb.