Sürücülər DYP və AYNA-dan KÖMƏK İSTƏYİR: Bu yolayrıcında TƏHLÜKƏ VAR – VİDEO

media-hightechnic-468x90

Yolayrıclarında nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı şəkildə hərəkət etməsinin təmini üçün svetofor obyektlərindən istifadə olunması vacib hesab olunur. Xüsusilə intensiv hərəkət olan küçə və prospektlərdə buna daha çox ehtiyac duyulur.

Nizamlanmayan yolayrıclarında, xüsusilə də pik saatlarda, hərəkətin intensivliyi səbəbilə sürücülər uzun müddət dayanıb yol vermək məcburiyyətində qalırlar. Bu həm vaxt itkisinə, həm də bəzi hallarda qəza riskinin yaranmasına səbəb olur.
Belə problemli yolayrıclarından biri də paytaxtın Ağ Şəhər yaşayış kompleksində yerləşir. Sakinlər bildirirlər ki, burada yaşayış artıqca avtomobil sayı da artır. Bu isə yolayrıclarını bəzən keçilməz edir. Buna misal olaraq Mərkəzi Bulvar küçəsilə İlqar Mirzəyev küçəsinin kəsişməsini demək olar.

Gündüz saatlarında burada avtomobil axını o qədər intensiv olur ki, yolayrıcını rahatlıqla keçib getmək müşkülə çevrilir.
Qəza şəraitinin yaranması, piyadaların təhlükəsiz keçid imkanlarının məhdudlaşması və ümumi nəqliyyat axınının pozulması səbəbilə sakinlər bu yolayrıcında svetofor obyektinin quraşdırılmasını zəruri hesab edirlər. Onların fikrinə görə, bu, həm hərəkətin təhlükəsizliyini təmin edəcək, həm də sürücülər və piyadalar üçün əlavə rahatlıq yaradacaq.

Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar vətəndaşların narahatlığını nəzərə alaraq müvafiq tədbirlər görəcəklər.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir./avtosfer.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600