Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Sürücülərə axırıncı adam kimi baxılır" - Mais Ağayev

“Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsi adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki. bu gün keçirilən tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bir sıra məsələlərə aydınlıq gətirib.

O, sürücü sərnişin münasibətləri haqqında danışıb və qeyd edib ki, bugünkü gündə avtobus sürücülərinə verilən qiymət olduqca aşağıdır:

“Ümumiyyətlə, gün ərzində sükan arxasında əyləşən və minlərlə insanı mənzil başına çatdıran sürücünün peşəkarlığı, onun ünsiyyəti yüksək səviyyədə olmalıdır. Hər hansısa bir hadisə baş verərkən sərnişinlərlə münasibətdə diqqətli davranmalı, qızışdırıcı sözlərdən yox, yumşaldıcı sözlərdən istifadə etməlidir. Bunu da qeyd edim ki, əvvəllər avtobus sürücüləri ən hörmətli şəxslərdən biri hesab olunurdu. Lakin zaman keçdikcə onlara qarşı olan münasibətin dəyişdiyinin şahidi oluruq. Demək olar ki, avtobus sürücülərinə bugünkü gündə cəmiyyət tərəfindən ən axırıncı adam kimi baxılır”.

Mais Ağayev həmçinin bəzi avtobuslarda müşahidə kameralarının çatışmazlığından da söz açıb:

“Kart sistemi ilə işləyən bütün avtobuslarda kameralar quraşdırılıb və onlar tam işlək səviyyədədir. Hər hansısa bir hadisə baş verdikdə biz onlarla həmin hadisəni müşahidə edirik. Kamera sisteminin olmasının yaxşı tərəflərindən biri də sürücünün özünün daima nəzarət altında olduğunu bilməsidir. Bununla yanaşı, kart sistemi ilə işləməyən bəzi marşrut xətləri var ki, onlarda kamera sistemi yoxdur. Bu zaman biz həmin avtobusda gedən prosesləri izləməkdə çətinlik çəkirik. Yalnız sərnişinlərin şikayəti və yaxud müraciətləri sayəsində baş verən proseslərdən anlayışlı oluruq. Bizə bildirirlər ki, sürücülər istədikləri yerdə saxlayır, sərnişinlərlə kobud davranırlar. Bundan sonra dərhal müəyyən tədbirlər görürük. Qısa müddət ərzində həmin marşrut xətlərində də kameralar yerləşdirməyi düşünürük”.

Elvin Paşazadə

www.yenicag.az

2197
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM