Sürücülərə qurulan "PARKLANMA TƏLƏSİ": "İllərdir saxladığımız yerdə niyə cərimələnirik?" - ŞİKAYƏT

media-hightechnic-468x90

Bakı şəhərində sürücülərdən biri yol kənarında parklanma ilə bağlı yaranmış vəziyyətdən narazılığını bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, “Vorovski” ilə “Xutor” əraziləri arasında yerləşən “Araz” supermarketin qarşısında uzun illərdir sürücülər avtomobillərini saxlayır və alış-veriş edirlər.

O, qeyd edib ki, son vaxtlar həmin ərazidə parklanma ilə bağlı cərimələrin tətbiq edilməsi suallar doğurub.

Şikayətçi bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edərək, vəziyyətə aydınlıq gətirilməsini istəyir.

Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:

media-whatsapp-image-2026-03-16-at-12-48-50

“Bura “Vorovski” ilə “Xutor” arasındakı “Araz” supermarketin qarşısıdır. İllərdir burada maşın saxlayırıq və marketdən alış-veriş edirik. Görünür, artıq buna icazə yoxdur. Amma məni maraqlandıran bir neçə sual var:

Dəfələrlə burada maşın saxlamışam. Niyə dünənə qədər cərimə olunmamışam?

Əgər burada maşın saxlamaq olmazsa, yerə parklanma zolağını çəkənlər niyə məsuliyyətə cəlb olunmur?

Parklanma zolağı varsa, sürücü manipulyasiya olunur və nəticədə cərimələnir. Aidiyyəti dövlət qurumlarının məqsədi qaydalara riayət olunmasına nail olmaqdır, yoxsa vətəndaşın cərimələnməsi üçün “qurulan tələ”yə göz yummaqdır?

Əgər cəmiyyətə ötürdüyümüz mesajlarda səmimiyiksə, qeyd olunan ünvandakı “tələ”yə müdaxiləmiz yubanmamalıdır. Necə ki, cərimələmək yubanmır.

“Çəkən nə istəyir çəkir, bəs sən qaydanı niyə pozursan?” prinsipi ilə yanaşırıqsa, o zaman hər kəs əlinə ağ boya götürsün, istədiyi yeri rəngləsin. İcazə veriləcəkmi?”, – deyə o bildirib.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05