Sürücülərə yeni geyim formaları veriləcək

media-hightechnic-468x90

avtobus-qayda-pozan-suruculer“Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar sərnişin avtobusu və taksi sürücülərinin vahid geyim formalarının nümunələri hazırlanıb.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərovun anspress-ə verdiyi məlumata görə, sürücülərin vahid geyim forması hazırlanıb. “Artıq geyim formalarının bir neçə nümunəsi Olimpiya Komitəsinə təqdim olunub. Komitədə nazirliyimizin nümayəndəsi də təmsil olunur. Hazırda onların seçilməsi prosesi gedir. Bir neçə nümunədən seçim etmişik və ən yaxşılarını Olimpiya Komitəsinə təqdim etmişik. Düşünürəm ki, bu formalar qəbul olunacaq, çünki görünüş və keyfiyyət cəhətdən yaxşıdır. Komitə tərəfindən qəbul olunduqdan sonra sürücülərin vahid geyim formalarının sifarişini verəcəyik” -deyə, Əmrah Cəfərov bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa