Sürücülərin diqqətinə!

media-hightechnic-468x90

yol2Bu saata qədər Bakı yollarında hər hansı nəqliyyat hadisəsi qeydə alınmayıb.

Bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O qeyd edib ki, paytaxt yollarında vəziyyət həmişəkindən də yaxşıdır: “Bu, dövlət yol polisi əməkdaşlarının yerlərdə nəzarəti gücləndirməsi və xidmət aparması ilə əlaqədərdir. Əsas da ərazidə avtomabillərin park edilməsinin mümkünsüzlüyü ilə bağlı dünən verdiyimiz informasiya bu gün vətəndaşlarımız tərəfindən doğru-düzgün yerinə yetirilir. Məscidlərə gəlib-gedənlərin hədsiz dərəcədə çox olması hərəkətə maneə yaratmır. Həmçinin Bakıda hər hansı sıxlıq, tıxac müşahidə edilmir”.

V.Əsədov havanın yağışlı olmasını nəzarə alaraq sürücülərə xəbardarlıq edib: “Hazırda Bakıda yağışlı hava şəraiti hökm sürür. Yollarda avtomobillərin sürüşmə ehtimalı var. Yağışlı hava şəraitində avtomobil idarə edən sürücülər diqqətli olsun, sürət həddini minuma endirsin, ara məsafəsini normadan artıq saxlasınlar. Diqqəti yayındıra biləcək hərəkətlər edilməməlidir”.

media-ziraat-728x90

Sürücülərin diqqətinə!

media-hightechnic-468x90

95670266Bu gün Bibiheybət məscidinin yanından “Bayraq meydanı”na qədər olan avtomobil yolunda “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, işarələnmə işləri saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Azəryolservis” I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Artıq Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Ələt-Astara magistralının “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı” çəkilib. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

“Azəryolservis” müvəqqəti narahatçılığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600