Sürücülərin diqqətinə: Bu küçə və prospektlərdə tıxac var

media-hightechnic-468x90

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Yenicag.az-ın məlumatına görə, bu dəqiqələrdə Moskva prospektindən mərkəzə doğru nəqliyyat sıxlığı səbəbindən maşınlar saatda 6 km sürətlə hərəkət edir.

O cümlədən Tbilisi prospekti – Şəfayət Mehdiyev ilə kəsişməsi istiqamətində, Azadlıq prospekti – Karl Marks dairəsi istiqamətində, Səməd Vurğun küçəsi – Zorge parkı istiqamətində, Afiyəddin Cəlilov – Yusif Səfərov ilə kəsişməsi istiqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600