Bakının bəzi küçələrində sıxlıq müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC-dən Yenicag.az-a verilən məlumatda bildirilir ki, Tbilisi prospektində (Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində), Binəqədi şossesində (Azadlıq prospekti istiqamətində), Ziya Bünyadov prospektində (Çermet körpüsünün üstü ,20 Yanvar dairəsi istiqamətində) və Koroğlu Rəhimov küçəsində (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıq və tıxac qeyd alınıb.
Sürücülərdən diqqətli olmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
www.yenicag.az