Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda güclü tıxac var

media-hightechnic-468x90

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur. Həmçinin Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) və Həsən bəy Zərdabi prospektində (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq müşahidə edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600