Sürücülərin diqqətinə! Bu yollarda məhdudiyyət var

media-hightechnic-468x90

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

media-banner_tkm

Yenicag.az-ın xəbərinə görə, bu barədə AAYDA və BNA-nın birgə məlumatında deyilir.

Bundan başqa bu gün axşam saat 23:00-dan etibarən Z.Bünyadov prospektinin, 20 yanvar dairəsindən, Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05