Sürücülərin nəzərinə

media-hightechnic-468x90

Sabah səhər saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin sürücülərə etdiyi müraciətdə bildirilib.

Qeyd olunub ki, kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşfiq küçəsindən İzzət Nəbiyev küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbristanlığı ərazisindən keçməklə çıxa bilərlər.

media-ziraat-728x90

Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

baki-dairevi-avtomobil-yolu-baglandi-foto-xeriteBundan başqa, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə də nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu gecə Neftçilər prospektində qismən, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Tərtib olunmuş qrafikə əsasən, Neftçilər prospektinin R. Behbudov küçəsinin kəsişməsindən R.Zorge küçəsinin kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq. Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə anoloji işlərə gecə 00:00-da başlanılacaq.

“Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600