Reklam

Reklam

neqliy0Aparılan təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə ( M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət ) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.

Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 256
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."