Sürücülərin nəzərinə: Bu yollarda sıxlıq var - SİYAHI
Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesində – Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Binəqədi şosesində – mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;
3. Moskva prospektində – “Alov” zavodun qarşısından “20 Yanvar” dairəsinə qədər kənar yolda sıxlıq;
4. Ziya Bünyadov prospektində – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;
5. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər əsas və kənar yolda sıxlıq;
6. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.