Sürücülərin yeni qaydaları

media-hightechnic-468x90

загруженное (2)Bundan sonra notariuslar nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatlarla yanaşı, müvafiq icra hakimiyyəti orqanına əlavə məlumatlar da verəcək və bunu daha tez etməli olacaqlar.  “Notariat haqqında” və “Yol hərəkəti haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur. Hər iki qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatla yanaşı, fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatları da dərhal müvafiq icra hakimiyyəti orqanına göndərəcək.(milli.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa