Sutka ərzində 97 əsgər ölüb

media-hightechnic-468x90

c6e0499e23f22dc5e5a12e9bbe0a239bSeparatçı qüvvələrin 87 silahlısı və 42 ədəd texnikası məhv edilib

Son sutka ərzində Donbassda gedən döyüşlərdə 19 Ukrayna hərbçisi həlak olub, 78-i yaralanıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Vladislav Seleznyov açıqlayıb. “Atəş və qarşılıqlı toqquşmalar zamanı Ukrayna 19 hərbçisini itirib. Onlardan 17-si ordunun, 2-si Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Müxtəlif güc strukturlarının 78 əməkdaşı müxtəlif dərəcəli yaralarla xəstəxanalara çatdırılıb”, – deyə o, söyləyib.

Antiterror qərargahının sözçüsü Anatoli Stelmax isə sutka ərzində separatçı qüvvələrin məruz qaldığı itkiləri açıqlayıb. O, 87 separatçının və onlara məxsus 42 ədəd hərbi texnikanın məhv edildiyini bildirib. Məhv edilən hərbi texnikanın 12-si tank, 16-sı zirehli maşın və 14-ü reaktiv atəş sistemləridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600