Suvarma idarəsindən nazir müavinin oğlunun şirkəti 24 minlik sifariş

media-hightechnic-468x90

İmişli Suvarma Sistemləri İdarəsi nəqliyyat vasitələri, maşın və mexanizmlər üçün sürtgü materiallarının satın alınması ilə bağlı kotirovka soruğusuna yekun vurub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, sorğunun qalibi “Technoil” MMC olub.

İdarə ilə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 24.265,05 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur.

Elvin Hacıyev müsahibələrinin birində “Technoil” MMC-dən danışarkən bildirib ki, bu şirkət ailəsindən gələn layihədir: “Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq “Babylon Agro” və “Technol” bizim ailədən gələn layihələrdir. “Tecnol”da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05