Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suyun səviyyəsində artım müşahidə olunur

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Yenicag.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 60-150 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 208 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.

Noyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 103 m3/s təşkil etməklə ongünlük normanın 127 faizini təşkil edir.

Noyabrın 22-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 110 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 119 m3/s təşkil etməklə ongünlük normanın 133 faizini təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 413 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 153 sm qeydə alınıb. 2018-ci il noyabrın 22-də isə bu rəqəm 301 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artaraq 113 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 263 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 161 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 242 sm təşkil edib. Lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 sm azalaraq 34 sm təşkil edib, lakin 2018-ci il noyabrın 22-də 125 sm qeydə alınıb.

www.yenicag.az

1012
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100