Tacikistanda güclü zəlzələ baş verdi

media-hightechnic-468x90

Tacikistanda 6,1 maqnitudalı zəlzələ baş verib.

Yenicag.az xəbər veri ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Xucand şəhərindən 170 km cənubda yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronoz Mərkəzinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,8 bal təşkil edib. Düşənbə şəhərinin mərkəzində bir neçə saniyə ərzində zəif yeraltı təkanlar hiss olunub.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur./Unikal/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600