Tacikistanda ilk İslam bankı açılır
Tacikistan da ilk İslam bankı açır. Belə bir qərar ölkə prezidenti ilə görüşən Qətər nümayəndə heyəti ilə aparılan danışıqlarda qəbul olunub. Məsələ ilə əlaqədar Tacikistanda səfərdə olan Qətər nümayəndə heyəti ölkə prezidenti İmaməli Rəhman tərəfindən qəbul edilib.
Tacikistan prezidentinin iqamətgahında reallaşan görüşdə Qətər nümayəndə heyəti bu iş üçün hazır olduğunu bəyan edib. Görüşdə Tacikistanın ilk İslam Bankının qurulmasına hazırlıq tədbirləri də müzakirə olunub və konkret qərarlar qəbul olunub. Görüşdə Qətər nümayəndə heyətinə Qətər Yəzdan Holdinqi İdarə Heyətinin rəhbəri Xalid ibn Sani rəhbərlik edib. (deyerler.org)