Azərbaycanda müxtəlif sahələrdə islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirlərinin aparılması geniş vüsət alıb. Yüksək dövlət vəzifəsi tutmuş bir çox məmurların qanunsuz əməlləri, korrupsiya cinayətləri də yenidən gündəmdədir. Səlim Müslümovun həbsi yalnız indi yüksək vəzifə başında olanların yox, sabiq məmurların fəaliyyətinin diqqət mərkəzində olduğu, onların əməllərinin də təftiş olunduğunu göstərir.