Türkiyədə “Davam, yoxsa Tamam?” DİLEMMASI: Müxalifət Ərdoğanın qarşısına kimi çıxaracaq? - TƏHLİL
9 ay sonra - 2023-cü ilin 18 iyununda Türkiyədə növbəti prezident seçkiləri keçiriləcək. Qardaş ölkədə Cümhuriyyətin elan olunmasının 100-cü ildönümünə təsadüf edən seçkilərin gərgin keçəcəyini indidən təxmin etmək çətin deyil. Siyasi dinamikanın hər zaman yüksək olduğu Türkiyədə seçki təbliğatı başladığı andan etibarən bu gərginlik özünün ən pik həddinə çatır.