Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
Cinayət işinin istintaqı zamanı Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovanın vəkilləri tərəfindən verilmiş vəsatətlərə qanunvericiliyə uyğun baxılmaqla nəticəsi barədə mərhumun valideynləri və kütləvi informasiya vasitələri məlumatlandırılmışlar
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.