Elşad Hacıyev: Narkotik vasitələrlə bağlı bütün informasiyalar yoxlanılır
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.