!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitməyən "S-400" böhranı: ABŞ Türkiyəni necə cəzalandırmaq istəyir?

!Reklam – Yazi

ABŞ “F-35” təyyarələrinin Türkiyəyə tədarükünü dayandıra bilər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Keti Uilbarger “Reuters”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər şey Türkiyənin verəcəyi qərardan asılı olacaq. ABŞ-lı diplomat Türkiyəyə siqnal vermək üçün bir çox ortaq layihələrin dayandırıla bilməsi etimalını da düşündüklərini açıqlayıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan “F-35 Lightining II” qırıcılarını satın almaq istəyir. Ankara satınalma proqramına 2002-ci ildə qoşulub. Ancaq Türkiyə Rusiyadan “S-400” havadan müdafiə sistemlərini aldıqdan sonra ABŞ Konqresi qırıcıları satmaq fikrindən daşınması barədə dəfələrlə açıqlama verib.

Həşim Səhrablı

COP29

www.yenicag.az

5005
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv