Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.