Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib.