Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir
Sabiq deputat Tahir Kərimlinin sədrlik etdiyi Vəhdət Partiyası (VP) növbədənkənar qurultay keçirəcək.
Bu barədə Qaynarinfo-ya Vəhdət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə məlumat verib. O bildirib ki, qurultay iyunun 14-də saat 12-də başlayacaq.
Bu, Vəhdət Partiyasının VI qurultayıdır.
Qeyd edək ki, bir müddət öncə Tahir Kərimli partiya başqanlığından gedəcəyinə dair açıqlama vermişdi.