Taksi sürücüsü qəfil hücuma məruz qaldı-Video

media-hightechnic-468x90

7eeeb7a8ac3a2fd52ddd0fdc0a6e4c50Bakının Suraxanı rayonu ərazisində, Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Vüsal Dadaşov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan taksi sürücüsünə tibbi yardım göstərilib.

Bıçaq xəsarətləri çoxsaylı olsa da, xəstənin vəziyyəti stabildir. Vüsal Dadaşovun müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Taksi sürücüsünü kimin bıçaqladığının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600