Taksilər avtobus zolağından istifadə edərsə, bu taksi sayının artmasına gətirib çıxaracaq.
Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O qeyd edib ki, qurum bunu indiki mərhələdə istəmir.
“Digər tərəfdən, taksinin zolaqdan istifadəsi ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu, o deməkdir ki, əgər kimsə taksi ilə zolaqla gedəcəksə və avtomobilin 3 nəfərlik oturacağı varsa, 3 avtomobil azalacaq.
Beş ay bundan əvvəl, ümumiyyətlə, bu haqda söhbət gedə bilmirdisə, “Toyota Prius” markalı, taksi xidməti göstərən avtomobillərin zolaqlara daxil olmasından sonra bu suallar səslənməyə başlayır.
İstərdik ki, 3 nəfər ayrıca avtomobilə oturub gəlməsin. Bu da mərkəzə daxil olan maşınların sayını azaldacaq”, -deyə sədr qeyd edib./Trend
www.yenicag.az