“Taliban” oğrulara bu cəzanı verəcək

Əfqanıstanda idarəetməni ələ keçirən “Taliban” oğrulara veriləcək cəzanı açıqlayıb.

Yenicag.az xəbər verir ki, “The Associated Press”ə açıqlama verən Molla Nurəddin Turabi oğrulara qarşı əl kəsmə cəzasının bərpa ediləcəyini bildirib.

“Kimsə bizə qanunlarımızın nə olmasını, necə olmasını söyləyə bilməz. İslama uyacaq və qanunlarımızı Qurana görə hazırlayacağıq”, – deyə Turabi qeyd edib.