Tamilla QULAMI: Yeni şeirlər
Mənə şeir yaz, şairim,
Darıxmama, özləməmə,
Sabahacan yollarını gözləməmə…
İçim dolu, amma ruhum
Şair kimi,
Tökə bilmir duyğuların
Qələminden vərəqinə…
Mənə şeir yaz, şairim,
Dilim olsun, dilim-dilim,
Qoy sevgimi şeirində,
Oxuyub da mən dirilim…
Ürəyimdə illər boyu yığın olan
Yaşım gəlsin gözlərimden dərdi silim…
Mənə şeir yaz, şairim,
Qəlbimdəki bu sevgimi, sənin ruhuna çevirim…
***
Qara saçları vardı əsərimin-
nəfəsini əsmər bədənli kəlimələrə üfürən…
Susqunluğum da soyudu,
hecalara sığındım…
Gah saçımda əllərinlə rüzgarı xatırladan
bir yalan dalğalandı-
İnandım…
Gah da səsin heç oxunmamış bir kitab cümləsində qaldı…
Çarəsizliyim-
sən güldüyündə
məni səndən qoparan kəlimələrini əfv etdi…
Məsələn, bütün şairlər gözlərində
tapır şeirlərini…
Gözlərinin dar ağacından asır
bütün olub-keçənləri…
Və yenə də sən-
mənim əsmər saçları olan hekayəmsən…
***
Məsələn, rüzgarın uğultusunda belə
heç bir uğultu səssizliyin qədər ağrıtmadı başımı…
Həyatımın sükut fəlsəfəsini
gecənin 02:37-si belə ayaqda alqışladı…
***
Sən susqun olduğunda,
susadığında yağış yağsın…
İslandıqca qəzəllərə, şeirlərə calasaydım əllərini-
məsələn, mən yazmasaydım-
sən şeir olsaydın…
***
Sonbahar…
Sanmayın baharların sonu…
Üstündən atar sapsarı saralmış bütün hüzünlərini…
Yalın və örtüsüz…
İçi kimi…
Və yaralı sevdalara əsir ürəyi…
Xəyallara qərq edər aşiqləri hüzünlü duruşuyla…
Uçuşan sarı saçları qızıl alovlarla tökülər çiyinlərindən…
Baxarsan, gözləri bal rənglidir, bəzən də ala…
Anlarsan ki…
Gözəl bir qadındır sonbahar…
***
Xəfif olsaydıq bu rüzgardan,
Yer alsaydıq mavi səma qucağında
bəyaz bulud karvanında…